AZ

Şəhid övladları Türkiyənin GUHEM mərkəzində qış düşərgəsində iştirak ediblər!

Azərbaycan Respublikasının Kosmik Agentliyinəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) maliyyə dəstəyi ilə Türkiyənin Bursa şəhərində yerləşən "Gökmen Kosmik Aviasiya Təlim Mərkəzi"ndə (GUHEM) məktəbli şəhid övladlarının "Zəfər Yolu" qış düşərgəsi keçirilib.

Düşərgədə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid övladı iştirak ediblər. Proqram çərçivəsində onlar kosmos tədqiqatları, innovasiya, süni intellekt, yüksək texnologiyalar və praktiki STEM fəaliyyətləri ilə tanış olub, GUHEM-in inkişaf etmiş laboratoriyalarında müasir texnoloji alətlərlə işləyərək fərdi təcrübələr aparıblar.

Düşərgənin ərzində iştirakçılar aviasiya və aerokosmik mühəndisliyin əsaslarına həsr olunan təlimlərdə iştirak ediblər. Mütəxəssislər onlara reaktiv hərəkətin prinsipləri, hava və raket mühərrikləri arasındakı fərqlər, həmçinin bu mühərriklərin uçuş prosesində rolu barədə məlumat təqdim ediblər.

Təlimlərin praktiki hissəsində şagirdlər aerodinamika üzrə məşğələlərə qatılaraq qaldırıcı qüvvə, müqavimət və itələmə kimi uçuşu mümkün edən əsas prinsipləri sadə və interaktiv nümunələr üzərində öyrəniblər. İştirakçılar müxtəlif qanad modellərini sınaqdan keçirib və öz kiçik uçan aparatlarını hazırlayaraq aerodinamik dizaynın uçuş performansına təsirini təcrübə yolu ilə araşdırıblar.

Seçilən
16
8
publika.az

10Mənbələr