AZ

Mənzil almaq istəyənlərin nəzərinə: 48 120 manat...

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.

 

Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

 

Studio tipli mənzillər – 48 120 manat

 

2 otaqlı mənzillər – 69 240 manat

 

3 otaqlı mənzillər – 87 480 manat

 

4 otaqlı mənzillər – 118 800 manatdan başlayır

 

Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Tarix: 1 Dekabr 2025, 11:39   
Seçilən
109
3
pravda.az

10Mənbələr