Bakı, 1 dekabr, AZƏRTAC
Ləğv prosesində olan “Muğanbank” ASC ünvanını dəyişib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildirilib ki, ASC dekabrın 1-dən etibarən fəaliyyətini yeni ünvanda - Bakı şəhəri, Xocalı prospekti 36A ünvanında (ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi) davam etdirəcək.