AZ

“Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı

BAKI, 1 dekabr. TELEQERAF

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton– 2025” müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, yarışa ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan yalnız 300 nəfər final mərhələsinə vəsiqə qazanaraq öz layihələrini təqdim etmək imkanı əldə edib.

Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutub. Bu mərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar formasında münsiflər heyətinə təqdim ediblər. Yarışın sonunda 6 qalib komanda müəyyən olunub.

Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton– 2025” müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib ki bu müsaqibənin əsas məqsədi kibertəhlükəsizlikİKT sahəsində peşəkarların sayını artırmaqdır:

“Əvvəllər məktəblərdə kompüter və digər sistemlərə çıxış çox zəif idi. Lakin son illər vəziyyət xeyli dəyişib . Artıq məktəblərdə həm kompüter təminatı, həm də internetə çıxış yüksək səviyyədədir. Gələcəkdə bu istiqamətdə işlər daha da genişlənəcək və bu da həm qəbul prosesinə, həm də peşə yönümü sahəsində inkişafı sürətləndirəcək”.

Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimində 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltif olunacaq. Digər finalçı komandalar isə iştirak sertifikatları ilə mükafatlandırılıb.

Seçilən
14
teleqraf.com

1Mənbələr