Rusiya və Səudiyyə Ərəbistanı bütün pasport sahibləri üçün qarşılıqlı viza imtinası haqqında hökumətlərarası saziş imzalayıblar.
APA-nın Moskva bürosu xəbər verir ki, imzalanma Rusiya-Səudiyyə Biznes Forumu çərçivəsində baş tutub.
İmzalanmada Rusiyanı Rusiya Baş nazirinin müavini Aleksandr Novak təmsil edib.