AZ

Qarabağda ötən ay 783 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə noyabr ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 575 piyada əleyhinə mina, 208 tank əleyhinə mina, 6510 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 6.443.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

"Cebheinfo.az"

Seçilən
179
27
cebheinfo.az

10Mənbələr