Bakı, 1 dekabr, AZƏRTAC
İİV virusuna yoluxmuş Azərbaycan vətəndaşlarının yaş mənsubiyyəti üzrə tərkibi açıqlanıb. 1987-ci ildən 2025-ci ilin noyabrın 30-na qədər olan məlumata əsasən İİV virusuna daha çox 30-39 yaş qrupunda rast gəlinib (38.2 faiz). Növbəti yerlərdə 40-49 yaş qrupu (22.4 faiz) və 25-29 yaş qrupu (17.3 faiz) dayanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş konfransda çıxışı zamanı məlumat verib.
Bildirilib ki, ölkəmizdə İİV infeksiyasının yüksək olduğu ərazilər Bakı (26 faiz), Sumqayıt (7.5 faiz) və Lənkəran (5 faiz) olub.