AZ

Fransalı futbolçunun Azərbaycanda yubiley qolu

ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Fransalı futbolçunun Azərbaycanda yubiley qolu

“Sumqayıt”ın futbolçusu Aleksandr Ramalinqom Misli Premyer Liqasında 20-ci qolunu vurub.

QOL.az xəbər verir ki, onun yubileyi 13-cü tura təsadüf edib.

32 yaşlı fransalı hücumçu “Şamaxı” ilə səfər görüşündə fərqlənib. Ramalinqom “Səbail”də 15, “Sumqayıt”da 5 dəfə fərqlənib. O, 20-ci qoluna 47-ci matçında imza atıb.

Qeyd edək ki, Aleksandr turnirin tarixində ən azı 20 qol vuran 173-cü futbolçudur. O, qol sayında Bəxtiyar Soltanov, Ruslan Musayev, Şamil Əhmədov, Cəfər Əliyev, Məhəmməd Qurbanov, Julius Vobay və Leonid Kalfaya çatıb.(pfl.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
5
qol.az

10Mənbələr