AZ

BSU Çarlz Universiteti ilə əməkdaşlığı genişləndirir

26–28 noyabr 2025-ci il tarixlərində Bakı Slavyan Universitetinin (BSU) nümayəndə heyəti Praqa şəhərində yerləşən Çarlz Universitetində bir sıra görüşlərdə iştirak ediblər. Səfərin məqsədi iki universitet arasında akademik və elmi əməkdaşlığı genişləndirmək, yeni birgə təşəbbüsləri müzakirə etmək olub.

Filologiya fakültəsində keçirilən görüşdə çex dili müəllimlərinin BSU-da təhsil prosesinə cəlb olunması, tələbə-müəllim mübadiləsi, Çarlz Universitetinin Türkologiya ixtisasında Azərbaycan dilinin seçmə fənn kimi təklifi , BSU-nun çex dili üzrə sertifikasiya mərkəzinə çevrilməsi və inklüzivlik sahəsində təcrübə mübadiləsi kimi istiqamətlər müzakirə edilib.

Səfərin ikinci günündə BSU əməkdaşları Çarlz Universitetinin rektorat binası olan Karolinumu ziyarət edib, əcnəbilər və eşitmə qabiliyyəti məhdud şəxslər üçün çex dili tədrisi prosesi ilə yaxından tanış olublar, həmçinin fakültənin dərslərində iştirak ediblər.

Sonuncu görüşdə Çarlz Universitetinin beynəlxalq əlaqələr şöbəsi ilə tələbə-müəllim mübadiləsi, ikili diplom proqramlarının mümkünlüyü, əməkdaşlıq müqaviləsinin yenilənməsi və BSU-nun 80 illiyi, eləcə də BSU-da çex dilinin tədrisinin 30 illiyi ilə bağlı tədbirlərdə qarşılıqlı iştirak məsələləri müzakirə olunub.

Seçilən
4
tehsil.biz

1Mənbələr