Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kəlbəcər rayonunda noyabrın 28-də başlayan yanğın davam edir.Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğının Kəlbəcər rayonunun Yuxarı Ayrım və Otaqlı kəndləri ərazisinə keçdiyi bildirilir.Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın olan yer mürəkkəb relyefli dağlıq ərazidir."Havanın küləkli olmasının yanğınla mübarizə tədbirlərini çətinləşdirməsinə baxmayaraq, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda bildirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.