Son araşdırmalar göstərir ki, bədən kifayət qədər kalori alsa da, vitamin və mineral çatışmazlığı varsa, bu vəziyyət “gizli aclıq” adlanır və ürək xəstəlikləri riskini artırır.
News365.az bildirir ki, maqnezium, sink, dəmir, selenyum, eləcə də A, D, B və K vitaminlərinin çatışmazlığı ürək ritm pozğunluğu, yüksək təzyiq və ürək çatışmazlığı kimi problemlərə səbəb ola bilər.
Müasir kənd təsərrüfatı metodları səbəbilə meyvə-tərəvəzdə mikroqida maddələrin miqdarı azalıb və bu hal xüsusilə son 50 ildə daha da nəzərə çarpır.
Mütəxəssislər müxtəlif və balanslı qidalanmanı, təbii qidalara üstünlük verilməsini və mikroqida maddələrinin səviyyələrini nəzarətdə saxlanmasını tövsiyə edir.