AZ

DYP qış mövsümü ilə bağlı sürücülərə çağırış etdi

ain.az, Yenicag portalına istinadən məlumat yayır.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərin qış mövsümünə hazırlığı ilə bağlı çağırış edib.

Yenicag.az xəbər verir ki, çağırışda deyilir:

“Qış fəslinin gəlişi ilə əlaqədar nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi qış ayları üçün xarakterik olan əlverişsiz hava şərtlərini nəzərə alaraq, nəqliyyat vasitələrinin sahiblərini qabaqlayıcı tədbirlər görməyə, avtomobillərini mövsümə uyğun şinlərlə təchiz etməyə, xarici işıq cihazlarının, şüşə silgəclərinin, isitmə sistemlərinin sazlığını nəzarətdə saxlamağa çağırır.

Unutmaq olmaz ki, avtomobilimizin sazlığı istənilən hava şəraitində mənzil başına rahat və təhlükəsiz çatmağımız üçün ən etibarlı zəmanətidir”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
129
24
yenicag.az

10Mənbələr