AZ

FINCA Azerbaijan indi də dollar ilə borc alır 9 FAİZ GƏLİR TƏKLİFİ

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

"FINCA Azerbaijan" MM QBKT istiqraz buraxılışı yolu ilə 5 milyon dollar cəlb etməyə hazırlaşır.

Marja.az xəbər verir ki, Qeyri Bank Kredit Təşkilatı (QBKT) hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır. 

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

İstiqrazlar üzrə illik faiz dərəcəsi 9  faiz təşkil edir.

Tədavül müddəti 24 ay olan istiqrazlar üzrə ödənilməli olan faizlər  hər 3  təqvim aylardan bir ödənilirəcəkdir. 

"FINCA Azerbaijan" MM QBKT-nin nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatdan keçmiş FİNCA MİCROFİNANCE COÖPERATİEF U.A-ya məxsusdur.

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı "FINCA Impact Finance" qlobal şəbəkənin tərkibinə daxildir. Qlobal təşkilat Azərbaycandakı törəməsinə proses və prosedurların təkmilləşdirilməsində dəstək göstərir. Lakin FİNCA Azerbaijan Azərbaycandakı fəaliyyətini müstəqil şəkildə həyata keçirir və bütün strateji qərarları İdarə Heyyəti verməklə təşkilatın Direktorlar Şurası tərərfindən təstiqlənir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
marja.az

2Mənbələr