AZ

Qurani-Kərim təhqir, türk diasporunun nümayəndələri TƏHDİD EDİLDİ

Yazını böyüt
Yazını kiçilt

Fransanın Yuxarı Luara departamentindəki Le Püi-an-Vele şəhərində bir qrup radikal yerli məscidə basqın edərək Qurani-Kərimin səhifələrini nümayişkaranə şəkildə cırıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, müqəddəs kitabın təhqir edildiyi məscid Türkiyə Din İdarəsinin Türk-İslam Birliyinin (DİTİB) balansındadır.

Ksenofobiyanın daha bir təzahürü Fransanın şərqindəki En departamentində qeydə alınıb. Burada naməlum şəxslər Monreal-la-Klüz kommunasında fəaliyyət göstərən türk icması birliyinin poçt qutusuna güllə qoyublar.

Fransa İslam Şurası (CFCM) islamofobiya və türkofobiyanı pisləyərək müsəlmanları Le-Püi-an-Vele məscid icması ilə həmrəy olmağa çağırıb.

CFCM Fransa hakimiyyətini radikalizmə qarşı ayıq-sayıq olmağa, müsəlmanları isə soyuqqanlı olmağa çağırıb.

Eyni zamanda, DİTİB-in bəyanatında Fransadakı türk icmasının nümayəndələri ilə həmrəylik ifadə edilib və Fransada “dinc birgəyaşayış ənənələrinin pozulmasının yolverilməzliyi” vurğulanıb.

Seçilən
10
2
hafta.az

3Mənbələr