AZ

Məmməd İbrahim həbs olunub - Yenilənib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bunu anews.az-a açıqlamasında Nazim Musayev deyib. 

12:51

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1 maddəsi üzrə ittiham irəli sürüb.

 Maddə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətləri nəzərdə tutur.

Bir gün əvvəl Əli Kərimli və Məmməd İbrahim DTX-də aparılan araşdırma çərçivəsində dindiriliblər.

Ramiz Mehdiyev, Prezident Administrasiyasının sabiq rəhbəri, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə ittiham olunur.

Aytac Zeynalova 

Seçilən
140
47
anews.az

10Mənbələr