Bakı. Trend:
Dekabrın 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanındaİctimai şuranın ilk iclası keçirilib.
Trend bubarədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, iclasda İctimai şuranın fəaliyyət istiqamətləriüzrə müzakirələr aparılıb, təşkilati məsələlərə baxılıb, sədr, sədrmüavini və katib vəzifələrinə seçki keçirilib.
İki il müddətində fəaliyyət göstərəcək İctimai şuraya iqtisadçıalim, professor İnqilab Əhmədov sədr, Professional MaliyyəMenecerləri Assosiasiyasının sədri Nuriyyə Novruzova sədr müavini,Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin üzvü, jurnalistAnar Əzizov isə katib seçilib.
İclas çərçivəsində İctimai şuranın iş planının müzakirəsiaparılıb, şura üzvləri tərəfindən təşkilati məsələlərlə bağlı rəyvə təkliflər səsləndirilib.
Məlumat verildiyi kimi cari il noyabrın 13-də Maliyyə Nazirliyiyanında İctimai şuranın tərkibinin formalaşdırılması üçün seçkilərkeçirilib və nəticədə 7 vətəndaş cəmiyyəti institutunun nümayəndəsişuraya üzv seçilib.