AZ

Bakıda elektrik naqili və velosiped oğruları saxlanılıb

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində Müşfiqabad qəsəbəsində yerləşən evlərin birindən 800 manat dəyərində elektrik naqili oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı A. Səfərov və 35 yaşlı T. Kərimov saxlanılıblar.

Binəqədi rayonunda isə müxtəlif vaxtlarda bir neçə vətəndaşın evlərinin qarşısında yerləşən saxlanc yerlərindən ümumi dəyəri 990 manat olan 3 velosipedin oğurlanması faktı araşdırılıb.

Keçirilən əməliyyatla bu cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklə bağlı əməllərinə görə məhkum olunmuş 47 yaşlı Ə. Qurbanov tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
bakivaxti.az

1Mənbələr