19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını keçirib.
Offsideplus.az xəbər verir ki, milli komandamız bu dəfə Gürcüstana məğlub olub - 0:4.
Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukus" stadionunda keçirilib.
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.