AZ

Nazirlər Kabineti Rəqəmsal Maliyyə Mərkəzi MMC-nin yaradılmasına dair struktur dəyişikliklərini təsdiqləyib

Bakı. Trend:

Azərbaycan Respublikasının Nazirlər Kabineti “AzərbaycanRespublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayantabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləritəsdiqləyib.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, dekabrın 1-də AzərbaycanRespublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərarimzalayıb.

Bildirilib ki, qərar dövlət maliyyəsinin idarə edilməsindərəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətləringenişləndirilməsi və yeni funksional tələblərə uyğun institusionalstrukturun formalaşdırılması məqsədi daşıyır.

Məlumata görə, qeyd olunan dəyişikliklər AzərbaycanRespublikasının Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarəedilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il25 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrasıçərçivəsində həyata keçirilir. Həmin Fərmanla büdcə, vergi, gömrük,dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adındanyaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digərdaxilolmalar da nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahidplatformada daha səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlətmaliyyəsi” informasiya sisteminin yaradılması tapşırılmışdır. Buistiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyəsənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlətsatınalmalarının elektron müqavilələr əsasında aparılması və yenirəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimimüəyyənləşdirilib.

Vurğulanıb ki, qərar ilə Maliyyə Nazirliyinin tabeliyindəfəaliyyət göstərən Məlumat-Hesablama Mərkəzinin institusionalstatusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə dərəsmiləşdirilir və Mərkəz bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMCadı altında fəaliyyət göstərəcək.

"Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı,istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəlitəşkili, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğunidarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas vəehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi,eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik vəinteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.

Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarəedilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanınartırılmasına mühüm töhfə verəcəkdir", - məlumatda qeyd edilib.

Seçilən
209
11
az.trend.az

5Mənbələr