AZ

Rus ordusu Ukraynanın üç bölgəsində irəliləyib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Rusiya ordusu Ukraynanın Donetsk, Zaporojye və Xarkov bölgələrində irəliləyişə nail olub.

Reyting.az xəbər verir ki, bunu Ukraynanın DeepState monitorinq layihəsinin analitikləri bildiriblər.

Məlumata görə, ruslar Zaporojye bölgəsində Rovnopol və Gulyaypol yaxınlığında irəliləyib. Xəritəyə əsasən, Rusiya ordusu Gulyaypol ətrafındakı “boz zona”nı genişləndirib və şəhərin şimalındakı mövqelərdə möhkəmlənib.

Bundan əlavə, rus ordusu Donetsk bölgəsində - Çasov Yarın cənubunda yerləşən Stupoçki qəsəbəsi yaxınlığında da irəliləyiş əldə edib. Ruslar Xarkov bölgəsində, Rusiya sərhədi yaxınlığında yerləşən Dvureçanskoye ətrafında da uğur qazanıblar.

Qeyd edək ki, bundan əvvəl Müharibə Araşdırmaları İnstitutunun analitikləri Ukrayna Müdafiə Qüvvələrinin Dnepropetrovsk bölgəsindəki uğurlar qazandığını bildiriblər. Məlumata görə, Ukrayna müdafiəçiləri Filya kəndinin şimalına doğru irəliləyiblər.

E. KAMAL

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
84
12
reyting.az

10Mənbələr