AZ

Putin yenə açıqladı: Kupyansk nəzarətimiz altındadır

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kupyansk Rusiya silahlı qüvvələrinin nəzarəti altındadır.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İlin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Kupyansk yaxınlığında 3,5 min Ukrayna ordusunun əsgəri mühasirəyə alınıb və onların demək olar ki, heç bir şansı yoxdur”, - o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də çıxışı zamanı Kupyanskın Rusiya qoşunlarının tam nəzarəti altında olduğunu demişdi. Lakin dekabrın 12-də Ukrayna Prezidenti Vladimir Zelenski Kupyansk şəhərinə gedərək hərbçilərlə görüş keçirdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
axar.az

1Mənbələr