AZ

İrəvandan açıqlama: Dəhlizlə əlaqədar demarkasiya prosesində dəyişiklik edilə bilər

BAKI, 1 dekabr. TELEQRAF

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya istiqaməti dəyişməz olaraq qalır. Sərhəd şimaldan - Ermənistan, Azərbaycan və Gürcüstanın sərhəd nöqtəsinin yaxınlığından başlayaraq, cənub istiqamətinə doğru davam edəcək.

Teleqraf xəbər verir ki, bu barədə keçən həftəsonu Qəbələdə iki ölkənin sərhəd komissiyalarının görüşünün detalları barədə danışan Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan məlumat verib.

“Prinsip eyni olaraq qalır. Bu ilin yanvar ayında qərarlaşdırıldığı kimi, dəyişməz qalıb, amma əlbəttə, kommuniksiyaların açılması ilə bağlı praktik zərurət yarana bilər. Əfər xatırlayırsınızsa, sentyabrda da Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının rəhbərləri qarşılıqlı olaraq görüşdülər və həmin sahələri araşdırdılar, yəni mümkün infrastrukturun keçəcəyi sahələrdə çox qısa hissələri delimitasiya etmək zərurəti yarana bilər ki, layihələndirmə və tikinti zamanı problemlər yaranmasın”, - o bildirib.

Seçilən
109
7
teleqraf.com

8Mənbələr