AZ

Asiyanı vur­an daşqınların miqyası genişlənir: Ölənlərin sayı 1000-i keçib, yüzlərlə insan itkin düşüb

İndoneziya, Şri-Lanka və Tailandda ötən həftə müşahidə olunan güclü yağıntıların törətdiyi fəlakətlərdən sonra xilasetmə və axtarış işləri intensivləşdirilib. Üç ölkə üzrə ümumilikdə 106 nəfərin həlak olduğu, çox sayda insanın isə xəbərsiz olduğu bildirilir.

Editor.az xəbər verir ki, İndoneziya Prezidenti Prabowo Subianto Sumatra adasında daşqın və sürüşmələrdən zərər çəkmiş bölgələrə səfər edərək yardım əməliyyatlarına başlanıldığını açıqlayıb. Milli Fəlakət İdarəsi Agentliyi Şimali Sumatra, Qərbi Sumatra və Açe vilayətlərində 290 min 700 nəfərin evlərini tərk etməyə məcbur qaldığını bildirib. Bəzi bölgələrdə nəqliyyat və rabitə xətlərinin sıradan çıxması səbəbindən humanitar yardımlar yalnız hava yolu ilə çatdırılır.

Şri-Lanka rəsmiləri 370 nəfərin hələ də itkin düşdüyünü, təxminən 148 min nəfərin isə müvəqqəti sığınacaqlara köçürüldüyünü açıqlayıb. Güclü yağışlar xüsusən çay plantasiyalarının yerləşdiyi mərkəzi dağlıq ərazilərdə evlərə, əkin sahələrinə və yolların böyük hissəsinə ciddi ziyan vurub.

Tailand hökuməti 239 milyon baht (7,4 milyon dollar) məbləğində ilkin kompensasiyaların daşqınlardan zərər çəkmiş 26 min nəfərə verilməsinə başladığını bildirib. Cənub bölgələrində 3,8 milyon insanın və 1,4 milyon ev təsərrüfatının infrastruktur və içməli su təminatına olan tələbatının ödənilməsi istiqamətində işlər davam etdirilir. Hökumət bölgələrdə qida təminatı üçün xüsusi ictimai mətbəxlərin yaradılacağını bəyan edib.

Prezident Prabowo fəlakət fonunda iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsinin və yerli idarəetmələrin ekstremal hava hadisələrinə hazırlıqlı olmasının vacibliyini xüsusi vurğulayıb.

 

// Gülnarə Abasova, Editor.az

Seçilən
61
editor.az

1Mənbələr