AZ

Adil Şükürov: “Komanda Premyer Liqaya qayıtmağa hazırdır”

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Klubdakı vəziyyət hazırda stabildir”.

Bunu Apasport.az saytına açıqlamasında “Səbail”in yeni baş məşqçisi Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis oyunçuların Premyer Liqaya yüksəlmək üçün böyük motivasiyaya sahib olduğunu vurğulayıb:

“Komandada çıxış edən hər bir futbolçu Premyer Liqa səviyyəsindədir. Onlar “Səbail”i elitaya qaytarmaq üçün var gücü ilə çalışırlar. Klub rəhbərliyi də komandanı peşəkar şəkildə idarə edir. İnşallah, mövsümün sonunda azarkeşlərimizi sevindirəcəyik”.

Baş məşqçi müqavilə prosesinə də toxunub:

“İlk dəfə təklif gələndə komandanın qarşısına qoyulan məqsədləri və məndən nə tələb olunacağını detallı şəkildə dəyərləndirdik. Daha sonra 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqaviləyə imza atdıq”.

Azər kimdir, Füzuli kimdir? - "Karvan"da rəsmi kimsə var?

Ertem Şener İTV-yə müraciət etməyibmiş - Amma bu matçda şərhdə olacaq

Renat Dadaşov zədəsini sağaldıb

Zaqatala üzrə "Məktəbli Kuboku" turnirinə start verilib

Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
apasport.az

2Mənbələr