AZ

Ucuz və izdihamsız: 2026-cı ildə İtaliyada gedilə biləcək 5 yer

İtaliya turistləri qədim tarixi abidələri, minilliklər boyu qorunmuş memarlığı, açıq hava muzeylərini xatırladan şəhərləri və dadlı mətbəxi ilə cəlb edir. Hər il milyonlarla səyahətçi bu ölkəni ziyarət edir. Lakin İtaliyaya səyahət bahalı ola bilər və böyük şəhərlər tez-tez turistlərlə doludur. 

HİT.az xəbər verir ki, "Travel Off Path" resursu kütləsiz, büdcəyə uyğun beş istiqaməti təqdim edib.

Udine  Şimali-şərqi İtaliyada kiçik bir şəhər olan Udine ən çox Piazza della Liberta meydanı ilə tanınır. Turistlərin əksəriyyəti buranı görmür, amma şəhər tarixi mərkəzi, daş döşənmiş küçələri və ləzzətli yeməklər təqdim edən ailə restoranları ilə diqqət çəkir. Udine qalasını və kilsəni ziyarət etmək lazımdır. Xarici görkəmi ciddi olsa da, bu İtaliyanın bu guşəsində ən təsirli kilsələrdən biridir.

Qiymətlər: ucuz restoranda yemək 17 ABŞ dolları, 3 ulduzlu otel gecəliyi 127 ABŞ dolları, muzey bileti orta hesabla 5,4 ABŞ dolları.

Vitsentse - Vitsentse İtaliyanın gözəl, amma az tanınan şəhərlərindən biridir. Atmosferi Venesiyaya bənzəyir, lakin kanallar olmadan. Muzeyləri Roma muzeyləri ilə müqayisə oluna bilər, gastronomiya isə Napoli ilə rəqabət aparır.

Müəlliflər Piazza dei Signori meydanını və UNESCO siyahısına daxil Basilica Palladiananı ziyarət etməyi tövsiyə edirlər. Həmçinin Osteria Il Cursore restoranında Veneto tərzi makaron və yerli şərabı sınamaq lazımdır.

Qiymətlər: yemək 14 ABŞ dolları, 3 ulduzlu otel ~100 ABŞ dolları, muzey bileti ~6,3 ABŞ dolları.

Peruca - Umbria bölgəsinin paytaxtı əsl İtaliya şəhəri kimi tanınır. Burada qədim divarlar, daş döşənmiş küçələr və əsrlər boyu öz cazibəsini saxlamış evlər var.

Ziyarət ediləsi yerlər: Palazzo dei Priori (1293-1443-cü illərdə inşa edilib), Fontana Maggiore (13-cü əsr bulağı).

Qiymətlər: ucuz restoran 17,5 ABŞ dolları, 3 ulduzlu otel 110-140 ABŞ dolları, muzey bileti orta hesabla 5,4 ABŞ dolları.

Leççe - Renessans və Barok memarlığı ilə məşhur olan bu şəhər "Cənubun Florensiyası" adlanır. Mərkəzdə Basilica di Santa Croce ziyarət edilməlidir.

Tövsiyə: yerli şirniyyat pasticciotto sınamaq.

Qiymətlər: yemək 16 ABŞ dolları, 3 ulduzlu otel 84-90 ABŞ dolları, muzey bileti 12 ABŞ dolları.

Scicli -Sitsiliyanın Val di Noto bölgəsində yerləşən və UNESCO siyahısına daxil olan şəhər. Burada orta əsr küçələri, lüks kilsələr və gözəl meydanlar var, amma turist kütləsi azdır.

Ziyarət ediləsi yerlər: Via Francesco Mormina Penna, Palazzo Beneventano, günbatımı zamanı şəhəri gəzmək tövsiyə olunur.

Qiymətlər: yemək 16-20 ABŞ dolları, 3 ulduzlu otel 110 ABŞ dolları, muzey bileti 5,5-6 ABŞ dolları.

Samir
 

Seçilən
19
hit.az

1Mənbələr