AZ

Çaynik çayı limon və şəkərlə daha faydalı hesab olunur

Çay həvəskarlarının ən çox seçdiyi içkilərdən biri olan çaynik çayı limon və şəkərlə birlikdə daha faydalı təsir göstərir.

Doğru.az xəbər verir ki, mütəxəssislər bu qarışığın həm immuniteti gücləndirdiyini, həm də orqanizmi canlandırdığını bildirirlər.

Məlumata görə, limon çayın tərkibinə C vitamini əlavə edir, bədəni viruslara qarşı daha dayanıqlı edir və maddələr mübadiləsini sürətləndirir. Bu xüsusiyyətlər limonlu çayı xüsusilə qış mövsümündə faydalı edir.

Uzmanlara görə, az miqdarda şəkər çayın təsirini yumşaldır, enerji verir və beyin fəaliyyətini aktiv saxlayır. Bununla belə, şəkərin normadan artıq istifadəsi məsləhət görülmür.

Qeyd edilir ki, limon və şəkər əlavə olunmuş çay həzmi yüngülləşdirir, soyuqdəymə simptomlarını azaldır və orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir. Bu səbəbdən limonlu və az şəkərli çay gündəlik rasionda ən uyğun içkilərdən biri sayılır.

İlqam Cəbiyev

DOĞRU.AZ

Seçilən
15
1
dogru.az

2Mənbələr