Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İndoneziya, Tailand və Şri-Lankada baş verən güclü daşqınlar və tropik siklonlar nəticəsində 1 000-dən çox insan həlak olub, yüzlərlə şəxs itkin düşüb.APA xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb. Məlumata görə, bu, 2004-cü il sunamisindən bəri regionun üzləşdiyi ən böyük təbii fəlakətdir.
Şri-Lankada ölənlərin sayı 355-ə çatıb, 400 minədək sakin zərər çəkib, on minlərlə insan müvəqqəti sığınacaqlara köçürülüb.İndoneziyada isə 502 nəfərin öldüyü, 508 nəfərin itkin düşdüyü bildirilir. Yardım əməliyyatlarına minlərlə polis və hərbçi cəlb olunub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.