AZ

Putin Uitkoff ilə Ukrayna üzrə sülh planını müzakirə edəcək

BAKI, 2 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Görüşün əsas mövzusu Ukrayna böhranının nizamlanması, o cümlədən Vaşinqtonun bu məsələyə dair təklifləri olacaq.

Görüş günün ikinci yarısında keçiriləcək. Danışıqların ilk kadrları KİV üçün açıq olacaq.

Seçilən
20
teleqraf.com

1Mənbələr