AZ

2025-ci ilin ən məşhur sözü açıqlandı

Hər il ən çox işlədilən ingilis sözlərini müəyyən edən “Oxford Languages” ​​2025-ci ilin də məşhur ifadəsini müəyyən edib.

Hakimiyyet.az xəbər verir ki, lüğət “rage-bait” (rage bait, hərfi tərcüməsi - qəzəb üçün yem, tələ) ismini 2025-ci ilin sözü seçib.

Bu termin tamaşaçıda qəsdən qəzəb və narazılıq yaratmaq üçün hazırlanmış məzmunu ifadə edir. Sözügedən tip kontent əsasən veb-trafiki və istifadəçi fəallığını artırmaq məqsədilə istifadə olunur.

Məlumata görə, son 12 ayda bu sözün istifadəsi üç dəfə artıb. 

Oksford lüğətinin 2025-ci il üçün qısa siyahısına “aura-farming” (cazibədar və sirli imic yaratmaq və onu qorumaq) və “bioking” (qidalanma, idman, dərman və texnologiya vasitəsilə fiziki və zehni imkanları optimallaşdırmaq) anlayışları da daxil edilib.(axsam.az)

Seçilən
44
50
hakimiyyet.az

10Mənbələr