AZ

Paşinyan bundan sonra siyasi rəqiblərini TƏHQİR ETMƏYƏCƏK

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan opponentlərini (siyasi rəqib) tənqid edərkən artıq söyüşlərdən istifadə etməmək qərarına gəlib və tərəfdarlarını da eyni addımı atmağa çağırıb.Bizim.Media xəbər verir ki, erməni baş nazir sosial şəbəkələrdə hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün etik davranış kodeksinin qəbul edildiyini bildirib.

Bu sənəddə partiya üzvləri üçün “yeni standartlar” və davranış modelləri müəyyən olunub.Bundan belə onlar təhqirlərə və ya qeyri-etik ifadələrə təhqirlə cavab verməməlidirlər.Paşinyanın sözlərinə görə, bu yeni davranış zəiflik əlaməti deyil, “davranış kodeksinin ən yaxşı standartlarına sadiqlik”dir.Bundan əvvəl həm baş nazirin, həm də komanda üzvlərinin sosial şəbəkələrdəki sərt paylaşımları cəmiyyətdə dəfələrlə mənfi reaksiyalara səbəb olub.(Mənbə: Sputnik Ermənistan)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
1
bizim.media

2Mənbələr