Bakı. Trend:
İqtisadiyyat Nazirliyinin Kollegiyası “AzərbaycanRespublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQDnömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi hüquqi aktlardadəyişiklik edib.
Trend xəbərverir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərarimzalayıb.
Qərara əsasən, vergi inzibatçılığına dair mövcud qaydalaryenilənir və təkmilləşdirilir. Dəyişikliklər fiziki şəxslərin vergiuçotuna alınması və yenidən uçota alınması prosedurlarına, kameralvə səyyar vergi yoxlamalarının aparılması mexanizmlərinə, eləcə dəəlavə dəyər vergisinin (ƏDV) qaytarılması sisteminə şamiledilir.
Ən mühüm yeniliklərdən biri ƏDV-nin qaytarılması mexanizminingenişləndirilməsidir. Belə ki, bundan sonra yalnız qeyri-kommersiyaməqsədilə alınmış mallara deyil, həm də tibb müəssisələri və özəltibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərəvə vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görəödənilmiş ƏDV-nin qaytarılması mümkün olacaq. Qaydaya əsasən,əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbixidmətlər üzrə ödənilmiş ƏDV-nin həmin şəxslər tibbi xidmətləringöstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərketdikdə və yalnız nağdsız ödənişlər üzrə qaytarılması nəzərdətutulur.
Qərarla, həmçinin kameral və səyyar vergi yoxlamalarının əhatədairəsi genişləndirilib. Xarici dövlətlərin səlahiyyətliorqanlarından daxil olan sorğular və ya xaricdə əldə edilmişgəlirlərlə bağlı məlumatlar əsasında vergi yoxlamalarınınaparılması qaydaları dəqiqləşdirilib, bəzi hallarda yoxlama müddəti5 ilədək artırılıb. Uzunmüddətli müqavilələr üzrə gəlir vəxərclərin illər üzrə düzgün bölüşdürülməsinə nəzarətgücləndirilib.
Bundan başqa, həyatın yığım sığortası ilə bağlı vergi güzəştləriüzrə qaydalara aydınlıq gətirilib. 2025-ci il yanvarın 1-dəkbağlanılmış müqavilələr üzrə mövcud güzəştlərin bütün işəgötürənlərüçün saxlanıldığı xüsusi qeyd olunub.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, bu Qərarın AzərbaycanRespublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsiməqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının ƏdliyyəNazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təminetsin.