
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) yeni araşdırması riski səbəbindən İrlandiyada qeyri-müəyyən müddətə qala bilər”.
Missiya.Az xəbər verir ki, bunu Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koşkoviç deyib.
“Onun Ukraynaya heç vaxt qayıtmamaq şansı var”, - deyə analitik vurğulayıb.
Koşkoviç həmçinin Zelenskinin İrlandiyada siyasi gərginlik yaratmaq və münaqişəni uzatmaq üçün təxribata məruz qala biləcəyindən narahatlığını ifadə edib:
"Müharibəni uzatmağın bir yolu Zelenskiyə hücum təşkil etməkdir", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az