"Milli Şuranın keçmiş sədri, rəhmətlik Rüstəm İbrahimbəyovla Moskvadakı ofisində görüşdüm. Ona suallarım var idi. Milli Şura Rusiya layihəsidirmi? Siz niyə namizəd ola bilmədiz? Sizin Əliyevlərə münasibətiniz necədir?"
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu AXCP sədrinin keçmiş müşaviri Sahib Kərimli bildirib.

"Kifayət qədər açıq danışdıq, sağlığında açıqlanmasını istəmədiyi detalları indi də yazmağım etik olmaz. Amma bəzi nüanslarla bağlı gizlilik istəyi yoxdur. Məsələn, Ramiz Mehdiyevin ona olan münasibətiylə bağlı dedi ki, Mehdiyev ondan xoşlanmır.
2013-cü ildə onun namizədliyinin qeydə alınmamasında, Rusiyanın Azərbaycana təsir mexanizmlərini sona qədər işə salmamasında və ən nəhayət, Rusiyanın İlham Əliyevlə anlaşmasında Mehdiyevin hesabatlarının ciddi rolu olub. Rüstəm müəllim iddia edirdi ki, dövləti də, ictimai-siyasi sektoru da əsasən Ramiz Mehdiyev idarə edir.