Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Marketlərdə polietilen torbaların qiyməti artıb.Bizim.Media-nın paytaxtın bir sıra marketlərində apardığı müşahidələrə əsasən, kiçik ölçülü polietilen torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, böyük ölçülü polietilen torbaların qiyməti isə 5 qəpikdən 7 qəpiyə yüksəlib.Xatırladaq ki, Azərbaycanda 15 fevral 2023-cü ildən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb.Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə ünvanladığı məktubda bildirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 nömrəli qərarına əsasən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.
Naibə Məmmədova, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.