AZ

"Real"da istefa səsləri -

"Real Madrid"də böhran səngimir. Metbuat.az xəbər verir ki, futbolçular arasında baş məşqçi Xabi Alonsonun işə başladığı vaxtdan bəri tətbiq etdiyi metodlar barədə fikir ayrılığı olduğu bildirilir. "Real Madrid" son üç La Liqa oyununda qalib gələ bilməyib. İddialara görə, uğursuz oyunlar oyunçular arasındakı münasibətlərə əhəmiyyətli təsir göstərməyib. Bir çox əsas heyət oyunçusunun Alonsonun şəxsi yanaşmasından və bəzi futbol yanaşmalarından narazı olduğu irəli sürülüb. “The Athletic” nəşrində dərc edilən xəbərə görə,Alonso ilə oyunçular arasında potensial problemləri müzakirə etmək üçün Bernabeuda görüş keçirildiyi bildirilir. Kilian Mbappe, Federiko Valverde və Eduardo Kamavinga kimi ulduzlar heyət daxilindəki bölünmə iddialarını yatırmağa çalışıblar.

Qeyd edək ki, “Real”ın İspaniya La liqasının 15-ci turunda “Atletik Bilbao” ilə oyunda xal itirəcəyi təqdirdə Alonsonun istefaya göndərilə biləcəyi barədə xəbərlər dərc edilib.

Seçilən
60
47
metbuat.az

10Mənbələr