AZ

Aİ komissarı "Tramp marşrutu"ndan danışıb: İdeyalarımızı Türkiyə və Azərbaycanla müzakirə edirik

“Tramp marşrutu” (TRIPP) layihəsinin icrası ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsaslanır və Aİ bu məsələyə daha geniş regional əlaqəlilik çərçivəsində baxaraq ABŞ-la danışıqlar aparır.

Aznews.az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos “Tramp marşrutu” (TRIPP) layihəsində Avropa İttifaqının mümkün iştirakı barədə danışarkən bildirib.

“Burada Mərkəzi Asiyadan Avropaya gedən bir yoldan söhbət gedir. Söhbət cəmi 42 kilometrlik yol sahəsindən gedir. Bizim üçün vacibdir ki, gördüyümüz iş yalnız bu 42 kilometrlik hissə ilə məhdudlaşmasın, həm şərqə, həm də qərbə doğru uzanan bütün istiqamətləri əhatə etsin və bütün bu proseslər paralel şəkildə həyata keçirilsin”, – Marta Kos deyib.

O həmçinin qeyd edib ki, Ermənistanın əhatəli əlaqəlilik baxımından ən prioritet hesab etdiyi məsələlərin siyahısını təqdim etməsi üçün Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyana müraciət edib.

Seçilən
58
7
aznews.az

8Mənbələr