AZ

Putinin xüsusi nümayəndəsi 2 dekabrı dünya üçün vacib gün adlandırdı

Rusiya Prezidenti Vladimir Putin bu gün ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkovla görüşəcək.

Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev deyib.

O, 2 dekabrı dünya üçün vacib gün adlandırıb.

Dmitriyev "Facebook" paylaşımında yazıb: "Dünya üçün vacib bir gün: Prezident Donald Trampın Qəzza sülh sazişini hazırlayan komandası Trampın Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olacaq".

Putin dekabrın 2-də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkovla görüşündə əsas mövzu Ukrayna böhranının həlli, o cümlədən ABŞ-nin bu məsələ ilə bağlı təklifləri olacaq. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun əvvəllər bildirdiyi kimi, görüş günortadan sonra keçiriləcək. Söhbətin ilk görüntüləri mediaya təqdim olunacaq.

Seçilən
33
1
xezerxeber.az

2Mənbələr