AZ

Nazir müavini: Rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi əsas strateji hədəflərdən biridir

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanda süni intellektin tətbiqi sayəsində kifayət qədər böyük işlər görülməkdədir. Etiraf etməliyik ki, bu istiqamətdə görülməli işlərin həcmi gördüyümüz işlərlə müqayisə olunmayacaq dərəcədə çoxdur. Bu, bizim iqtisadiyyatımıza da olduqca böyük təsir göstərən məsələdir. Belə ki, qlobal miqyasda rəqabətqabiliyyətliliyin təmin edilməsi ölkələrin texnoloji trendləri vaxtında və strateji şəkildə yönləndirmək bacarığından asılıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimetmə mərasimində deyib. O, çıxışına davam edib: "Son 20 ildə qeyri-neft sektoruna yönəldilmiş 213 milyard dollarlıq investisiya nəticəsində ixracın iki dəfə artması ölkəmizin bu sahədə qlobal rəqabət qabiliyyətinin artdığının göstəricisi hesab oluna bilər. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində ölkənin beş milli prioritetindən biri kimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsi müəyyən edilib. Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflərdən biridir. Həmin çərçivədə hazırlanan və 2026-2029-cu illəri əhatə edən Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırda yekun təsdiq mərhələsindədir və Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi hədəfləyir. Strategiya 50-dən çox təşəbbüsü və layihəni əhatə etməklə, biznesin texnoloji transformasiyasını, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi və idarəetmənin data əsaslı modellərə keçirilməsini nəzərdə tutur".

 

 

Seçilən
62
1
azertag.az

2Mənbələr