AZ

Rusiyanın ələ keçirdiyi deyilən Pokrovskun şimalı Ukraynanın nəzarətindədir

ain.az bildirir, Apa.az portalına istinadən.

Ukrayna qoşunları Pokrovskun şimal hissəsini saxlayır, cənuba isə Rusiya qüvvələri nəzarət edir.

APA xəbər verir ki, bu barədə “Reuters” Ukrayna Silahlı Qüvvələrinin 7-ci Sürətli Reaksiya Korpusuna istinadən məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin desant-hücum qoşunlarına daxil olan 7-ci Sürətli Reaksiya Korpusundan “Reuters”ə bildiriblər ki, onlar Pokrovskun şimal hissəsini nəzarətdə saxlayır və şəhərin cənub hissəsində — Rusiya qoşunlarının üstünlük təşkil etdiyi ərazidə hücum əməliyyatları aparırlar.

Xatırladaq ki, Rusiya ordusunun komandanlığı bir gün əvvəl Prezident Vladimir Putinə uzunmüddətli hücumdan sonra Pokrovsk üzərində tam nəzarətin ələ keçirildiyi barədə məruzə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
13
apa.az

10Mənbələr