AZ

750 illik tarixi abidə dağıdıldı

Ajans.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, tarixi abidə Təbriz Bələdiyyəsi tərəfindən verilən tikinti icazəsi əsasında buldozerlərlə uçurulub. Mədəni fəalların və yerli əhalinin müraciətlərinə baxmayaraq, Mədəni İrs Nazirliyi və Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı söküntü əməliyyatlarını dayandırmaq üçün heç bir tədbir görməyib.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianın tarixi əsərlərlə bağlı keçirilən tədbirdə minlərlə abidə arasında yalnız “Rəb-i Rəşidi“ kompleksinin adını çəkmiş, onun bərpası və qorunması barədə göstəriş vermişdi.

Seçilən
69
3
Ajans.az

4Mənbələr