AZ

Azərbaycanda yumurtanın qiyməti bahalaşıb? - AÇIQLAMA

Bakı.Trend:

Son günlər Azərbaycanda yumurtanın bahalaşması ilə bağlıxəbərlər yayılır. Bəs yayılan xəbərlər nə qədər doğrudur?

Mövzu ilə bağlı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları vəİxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri MürvətHəsənli Trend-əaçıqlamasında bildirib ki, hazırda supermarketlərdə sadəcə kəndyumurtası bahalaşıb.

O qeyd edib ki, buna səbəb kənd yumurtası sayının soyuqhavalarda azalmasıdır.

“Bu proses hər il belə olur. Yayda təxminən gündəlik 1milyonadək istehsal olunan bu növ yumurta hazırda 300000-dəksaydadır. Bu da tələbata uyğun olaraq kənd yumurtasınınbahalaşmasına səbəb olur. Mart ayından yumurtanın qiymətindəyenidən azalma müşahidə ediləcək. Sənaye məqsədli intensiv satışaçıxarılan yumurtanın qiymətində isə heç bir bahalaşma müşahidəedilmir”.

M.Həsənli bildirib ki, sənaye üsulu ilə istehsal olunanyumurtanın bir ədədinin qiyməti hazırda 16-19 qəpik aralığındadəyişir. 16 qəpiyə ağ, 19 qəpiyə isə çəhrayı yumurtalarsatılır.

O qeyd edib ki, Azərbaycana yumurta idxal olunmur, çünki qonşudövlətlərdə bu məhsulun qiyməti çox bahadır.

“Məsələn, Türkiyədə yumurtanın 1 ədədinin qiyməti 27 qəpik,Gürcüstanda 24 qəpik, İranda 24 qəpik, Rusiyada 22 qəpik,Belarusiyada 21 qəpik, Avropa ölkələrində 45 qəpik, Amerikada isə 1manat dəyərindədir. Bu qiymətlər də Azərbaycanla müqayisədə çoxbahadır deyə ölkəmizə yumurta idxal olunmur”.

M.Həsənli noyabr ayında Azərbaycandan xarici ölkələrə yumurtaixrac edilmədiyini qeyd edib.

“Ötən aylaradək Amerika və Yaxın Şərq ölkələrinə yumurta ixracedilib. Hazırda Azərbaycan əhalisinin yumurtaya olan gündəliktələbatı 4 milyon 600000 ədəddir”,-deyə o əlavə edib.

Seçilən
172
8
az.trend.az

9Mənbələr