AZ

Azərbaycan banklarının kapital göstəriciləri 2026-cı ildə sabit qalacaq - "Fitch"

Bakı. Trend:

2026-cı ildə Azərbaycan banklarının kapital göstəriciləri, böyükehtimalla sabit qalacaq. Adekvat rentabellik və riskəuyğunlaşdırılmış aktivlərin mülayim artımı iri banklardaəhəmiyyətli dividendlərin ödənilməsi ilə kompensasiya olunacaq.

Trend bu barədə“Fitch” reytinq agentliyinin hazırladığı hesabatına istinadənməlumat verir.

“Bizim gözləntilərə görə, “Tier 1” normativ əmsalı (Özkapitalının kifayətliliyi— bankın öz kapitalının riskəuyğunlaşdırılmış aktivlərə nisbəti) 2026-cı ildə təxminən 14%səviyyəsində olacaq (2025-ci ilin III rübünün sonu: 14,6%), bu isəminimum normativ səviyyədən xeyli yüksəkdir — 5% (sistemikəhəmiyyətli banklar üçün 6%). Likvidlik buferləri, o cümlədənvalyuta buferləri, güclü qalmalıdır və sektor üzrə orta xaliskreditlərə nisbət təxminən 80% təşkil edəcək”, - deyə “Fitch”hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, bankların rentabelliyi geniş marjlarsayəsində dəstəklənəcək, baxmayaraq ki, onlar 2026-cı ildəqısamüddətli depozit bazasının genişlənməsinin davam etməsisəbəbindən təxminən 50 baza bəndi qədər daralacaq.

"Bu, kreditlərin dəyərsizləşməsinə qarşı gözlənilən ehtiyatartımı ilə birlikdə əməliyyat rentabellik göstəricilərininazalmasına səbəb olacaq, lakin Fitch qiymətləndirməsinə görə bugöstəricilər sağlam səviyyədə qalacaq", - hesabatda vurğulanır.

Məqalədə:
Seçilən
12
4
az.trend.az

5Mənbələr