AZ

“Qarabağ”ın qapıçısı Koxalski kimdir? - ARAŞDIRMA

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski son zamanlarda diqqətləri üzərinə çəkməyi bacarıb.

O, Çempionlar Liqasındakı uğurlu performansı ilə azarkeşlərin sevimlisinə çevrilib.

Koxalski xüsusilə “Napoli” ilə matçda etdiyi qurtarışlarla gündəm olub. Polşalı qapıçı sözügedən matçda 8 qurtarış edərək və 1 penalti zərbəsini çıxararaq oyuna damğa vurub. Bu uğurundan sonra 25 yaşlı futbolçu Çempionlar Liqasında həftənin 11-liyinə də seçilib. 

Son günlərdə isə onun adı transferdə hallanır. Belə ki, “Borussiya Dortmund” və “Napoli” Mateuş Koxalski ilə maraqlanır.

Hətta qış transfer pəncərəsində Ağdam klubuna rəsmi təklif veriləcəyi iddia olunur. Yerli mediada yer alan xəbərlərə əsasən, “Qarabağ” qapıçısı üçün 7 milyon avro tələb edir.

Bəs Mateuş Koxalski kimdir?

“Cebheinfo.az” onun haqqında qısa araşdırmanı təqdim edir:

O, karyerasını Polşada keçirərək “Legiya Varşava” ilə yanaşı, “Leginoviya”, “Radomyak Radom” və “Stal Melets” kimi klubların qapısını qoruyub. 

Koxalski vətənində əsas uğurlarını “Stal Melets”də qazanıb. O, 2023-2024 mövsümündə meydana çıxdığı 33 matçın 9-da qapısını toxunulmaz saxlayıb və 111 qurtarış edib. Buna görə də “Mövsümün qapıçısı” mükafatına layiq görülüb. 

Mateuş Koxalski ötən il “Qarabağ”a transfer olub. Polşalı qapıçı Ağdam klubu ilə 3+1 illik müqavilə imzalayıb. Onun “Transfermarkt” dəyəri isə 1,5 milyon avrodur. 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr