AZ

"Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb" - saa

Gürcüstanın hazırkı hakimiyyətinin təkcə Qərb tərəfdaşları ilə deyil, həm də onların ən yaxın qonşuları - Ermənistan və Azərbaycanla münasibətləri pisləşib.

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili öz "Facebook" səhifəsində yazıb.

"Kobaxidze Ermənistandan gürcü QHT-lərini İrəvandan qovmağı və onların hesablarını bağlamağı xahiş edir. Paşinyan hökuməti cavab verir ki, Ermənistanda xarici agentlər haqqında qanun yoxdur və qanunun olmasını planlaşdırmır və onların azadlığını məhdudlaşdırmaq üçün heç bir əsas yoxdur", - Saakaşvili qeyd edib.

O qeyd edib ki, Gürcüstan tərəfi Azərbaycan üçün də problemlər yaratmağa başlayıb: "Bu arada Tbilisi artıq Azərbaycana yüklərin daşınması ilə bağlı problemlər yaradıb. Azərbaycan mediası bunda haqlı olaraq Rusiyanın təsirini görür".

Ağarza Elçinoğlu 

Seçilən
55
50
unikal.az

10Mənbələr