AZ

Tramp Madurodan Venesuelanı tərk etməyi tələb edib

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Reuters agentliyi mənbələrə istinadən yayıb. Bildirilib ki, liderlər arasındakı danışıq 15 dəqiqədən az davam edib. Tramp söhbət zamanı “Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və istədiyi yerə getmək üçün yeddi gün vaxt verdiyini” deyib. Bu müddət 28 noyabrda başa çatıb. ABŞ Prezidenti bunun ardınca 29 noyabrda “Truth Social” platformasında yazaraq “bütün aviaşirkətlərin, pilotların və narkotik, həmçinin insan alverçilərinin Venesuela hava məkanından tamamilə uzaq durmalı olduqlarını” bildirib. Agentliyin məlumatına görə, Maduro ölkəni tərk etməyə yalnız o halda hazır olduğunu deyib ki, ailəsinə “bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv” təmin edilsin. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və 100-dən çox venesuelalı məmur üçün ABŞ sanksiyalarının aradan qaldırılmasını tələb edib. Maduro əlavə edib ki, yeni seçkilər keçirilənədək keçid hökumətinə Venesuela icraçı vitse-prezidenti Delsi Rodrigez rəhbərlik etməlidir. Mənbələrin bildirdiyinə görə, Tramp Maduronun tələblərinin əksəriyyətini rədd edib. Bununla belə, Maduro ailəsinin ölkədən mümkün çıxışı ilə bağlı danışıqların davam etdirilə biləcəyi qeyd olunub. 30 noyabrda Tramp Maduro ilə telefon danışığını təsdiqləsə də, detallar barədə məlumat verməyib. Həmin gün o, Venesuela hava məkanının bağlanmasına dair çağırışının ABŞ-ın bu ölkəyə qarşı hərbi əməliyyat planlaşdırdığı anlamına gəlmədiyini də vurğulayıb.    

 

Seçilən
12
Ajans.az

1Mənbələr