AZ

Bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır  

İcbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır. Sözügedən tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamaoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır. Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır.

Seçilən
48
5
azerbaijan-news.az

6Mənbələr