Dekabrın 1-də Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.
Redaktor.az xəbər verir ki, tədbir zamanı işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğu vurğulanıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışılıb.
Daha sonra iştirakçılar yeni tikilmiş təhsil müəssisəsində yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.




