AZ

Florian Filippo Fransa liderini Ukraynada sülhün əsas əleyhdarı adlandırdı  

Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülhün əsas əleyhdarıdır. Bu barədə Fransanın sağçı "Patriots" partiyasının lideri Florian Filippot bildirib.

Filippo X sosial media saytında yazıb  ki, iki lider arasındakı görüş ona  "çarəsizlərin sammitini" xatırlatdı, çünki Makron, ABŞ sülhə vasitəçilik etməyə çalışdığı bir zamanda, münaqişənin davam etməsi üçün hər şeyi edir. 

Siyasətçinin sözlərinə görə, əgər Fransa prezidenti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə sadiq olsaydı, keçmiş sovet respublikasını silah və maliyyə təchizatı ilə dəstəkləməyi dayandırardı.

Məlum olduğu kimi, V. Zelenski dekabrın 1-də E. Makronla ikitərəfli görüş üçün Parisdəki Yelisey Sarayına gəlib.  Görüşdən sonra Fransa lideri bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün yekun plan hələ mövcud deyil və onun təfərrüatları hələlik dəqiqləşdirilməyib. 

E. Makron əlavə edib ki, böhranın həlli planı "yalnız ilkin mərhələdədir".

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr