AZ

Azərbaycan Kuboku: "Zirə" "Neftçi"ni mübarizədən kənarlaşdırıb

Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 finalçı müəyyənləşib.

"Ölkə.az" xəbər verir ki, 1/8 final matçında "Neftçi"ni qəbul edən "Zirə" 1:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Qolu 116-cı dəqiqədə Junior Martins vurub.

Qəsəbə təmsilçisi növbəti raundda "Difai" – "Sumqayıt" duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" 1/4 finala yüksələn ilk komanda olub. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

Seçilən
6
6
olke.az

7Mənbələr