Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Milli Məclisin deputatı İlham Məmmədov "Maqen David Qrupu"-nun Bakı ofisini ziyarət edib.Newscenter.az xəbər verir ki, millət vəkili "Maqen David Qrupu"-nun fəxri sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoli Rafailov və "Maqen David Azərbaycan"-ın direktoru, beynəlxalq hüquq müdafiəcisi David Siverstrov ilə görüşüb.
"Səmimi söhbət etdik. Azərbaycan-İsrail dostluq münasibətlərinin hər dövrlərdə daha da möhkəm tellərlə bağlılığı və keyfiyyətcə yeni mərhələyə qədəm qoyması sohbətimizə xüsusi bir ovqat bəxş etdi. Xüsusən də bu yaxınlarda fəaliyyətə başlamış Azərbaycan-İsrail Ticarət Evinin hər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində və inkişafında yeni bir beynəlxalq platforma olması xüsusi ilə qeyd olundu".Süleyman
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.